"Qərb hər kəsi üçüncü dünya müharibəsinə sövq edir" - Medvedev

   "Qərb hər kəsi üçüncü dünya müharibəsinə sövq edir" -    Medvedev
  26 Avqust 2023    Oxunub:1542
Rusiyanın Qərbdəki əleyhdarları Moskvanın siqnallarına məhəl qoymayaraq bütün ölkələri aktiv şəkildə üçüncü dünya müharibəsinin başlamasına doğru sövq edirlər.
AzVision.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev deyib.

O qeyd edib ki, Qərb bu siqnalları Rusiya Federasiyasından eşitsəydi, daha yaxşı olardı:

"Heç olmasa bu gün planet üçüncü dünya müharibəsi təhlükəsi ilə üzləşməzdi. Əslində bizim rəqiblərimiz fəal şəkildə hamını buna sövq edir”, - Medvedev bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti