Hərbçilərimiz xaricə gedir

Hərbçilərimiz xaricə gedir
  07 İyun 2014    Oxunub:824
Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı ilə bir sıra beynəlxalq tədbirlər keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iyun ayının 9-dan başlayaraq bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

İyunun 11-dək Bakı şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin Beynəlxalq humanitar hüquq mövzusunda seminarın keçirilməsi planlaşdırılır.

İyunun 13-dək Türkiyənin İstanbul şəhərində NATO-nun Regional Kollektiv Təlim (REGEX 6) seminarında iştirak və Azərbaycan-ABŞ İş Planına əsasən Budva şəhərində (Monteneqro) "Combined Endeavor–2014" təliminin yekun planlaşdırma konfransı nəzərdə tutulub.

Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən iyulun 4-dək Vışkov şəhərində (Çexiya) Kiçik komandirlər üçün liderlik kursu, iyulun 18-dək isə Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən Risalpur şəhərində (Pakistan) Partlayıcı vasitələrin zərərsizləşdirilməsi üzrə təməl kursu olacaq.


Teqlər:





Xəbər lenti