Yeni açılan tunel bağlanacaq

Yeni açılan tunel bağlanacaq
  08 İyun 2014    Oxunub:1854
Avtomobillərin hərəkəti üçün açıq olan Ziya Bünyadov prospektindəki ("Xutor" dairəsi) tunel tipli yol qovşağı bir müddət sonra bağlanacaq.

AzVision.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, on gün ərzində yardımçı yolda asfalt döşəməsi çəkiləcək, sonra isə tunel tamamlayıcı işlərin görülməsi üçün bağlanacaq.

Yol qovşağının tam açılışı iyun ikinci yarısında -iyulda planlaşdırılır.



Teqlər:





Xəbər lenti