İlin sonuna 9 bağça təhvil veriləcək

İlin sonuna 9 bağça təhvil veriləcək
  08 İyun 2014    Oxunub:1052
Heydər Əliyev Fondunun dəstəyi ilə Zaqatala şəhərində hər biri 100 yerlik iki yeni uşaq bağçasının tikintisinə başlanıb.
Rayon İcra Hakimiyyətindən AzərTac-a bildiriblər ki, şəhərin şimal-qərb yaşayış massivində inşa edilən bağçanın tikintisi üçün 0,4 hektar torpaq sahəsi ayrılıbr.

Hazırda burada torpaq işləri görülür, binanın bünövrəsi qazılır. Digər 100 yerlik uşaq bağçası isə şəhərin Azərbaycan prospektində, yeni salınan yaşayış kompleksində inşa olunan çoxmənzilli binalardan birində yerləşəcək.

Bu məqsədlə binada yenidənqurma və tikinti işləri aparılır. Fondun dəstəyi ilə tezliklə Zaqatala şəhərində daha bir uşaq bağçasının tikintisinə başlanması da nəzərdə tutulur. Bağçaların ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Eyni zamanda, hazırda rayonda 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş daha 4 uşaq bağçası üçün yeni binanın tikintisi, 2 bağçada isə bərpa-gücləndirilmə işləri davam etdirilir. Bu bağçalardan üçünün iyunun sonunadək, digərlərinin isə cari il ərzində istifadəyə verilməsi nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti