FHN azyaşlıları xilas etdi

FHN azyaşlıları xilas etdi
  09 İyun 2014    Oxunub:898
Bakıda mənzildə 2 azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil veriliblər.


Teqlər:





Xəbər lenti