Dönərxanada yanğın olub
Hadisə yerinə Fövqalada Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarəsinin 3 yanğın söndürən avtomobili 21 canlı qüvvəsi cəlb edilib. Yanğın güclü olsada yangın söndürənlər alovun digər binalara keçməsinin qarşısını alıb.
Bildirək ki, ümumi sahəsi 54 kv metr olan 3 otaqlı dönərxanada 1 dəst mətbəxt mebeli, 4 ədəd soyuducu, 6 ədəd stol stul və digər əşyalar tamami ilə yanıb. Yanğının baş verməsinə səbəb qaz balonundan sızma olub. Məlumat üçün bildirək ki, dönərxanada 10 ədəd qaz balonu olub və 3 ədəd qaz balonu sızıb. Faktla bağlı araşdırma aparılır.







Vaxtında, Aydın, Lazımlı!


