ATƏT cəbhəni yoxlayacaq

ATƏT cəbhəni yoxlayacaq
  09 İyun 2014    Oxunub:874
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 10-da Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçləri Xristo Xristov və Piter Svedberq, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi polkovnik İlhami Dəyirmançıoğlu (Türkiyə) keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Dan Harvey (İsveçrə) keçirəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti