Baş prokuror vətəndaşları qəbul edəcək

Baş prokuror vətəndaşları qəbul edəcək
  09 İyun 2014    Oxunub:878
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov iyunun 20-də saat 11:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Xocalı, Goranboy və Kəlbəcər rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula düşmək istəyən vətəndaşların qeydiyyatı və Gəncə şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti