Ailəsi Habil Əliyevlə görüşə icazə vermir

Ailəsi Habil Əliyevlə görüşə icazə vermir
  09 İyun 2014    Oxunub:1076
“Heç kimə icazə vermirik...” – Xalq artistinin həyat yoldaşı
Azərbaycanın Xalq artisti, görkəmli kaman ustası Habil Əliyevin səhhəti getdikcə yaxşılaşır. Bu barədə AzVision.az-a sənətkarın ömür-gün yoldaşı Şərqiyə Əliyeva məlumat verib. Bildirib ki, Habil Əliyevin vəziyyəti hazırda yaxşıdır.

“Habil müəllimin vəziyyəti şükürlər olsun yaxşıya doğru gedir. İndi iynə vurublar yatır”.

Ş.Əliyevanın sözlərinə görə, Xalq artistinin sənət yoldaşları, dostları zəng edərək onunla maraqlanırlar.

“Telefonlarımız susmur. Düzü yanına gəlməyə heç kimə icazə vermirik. Amma yenə də cavan sənət dostları qapıdan qayıtmaq istəmirlər. Heç olmasa Habil müəllimi yataqda görək deyirlər. Bütün sənət dostları zəng edir, gəlmək istəyirlər, özümüz icazə vermirik ki, yanında hay-küy etmək olmaz. Media işçilərindən də çox razıyıq, bu qədər zəng vurub maraqlanırlar. Həkimləri də Allah saxlasın. Qurban olum Allaha, göydə Allah, yerdə həkimlərimiz onu saxladı”.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti, məşhur kaman ustası Habil Əliyevin səhhətində problem yaranıb. O, Bakı Sağlamlıq Mərkəzinə aparılaraq həkim müayinəsindən keçib.

Mirvari Nəcəf


Teqlər:



Xəbər lenti