Cəmil Həsənlinin səs yazısı yayıldı - AUDİO

Cəmil Həsənlinin səs yazısı yayıldı - AUDİO
  09 İyun 2014    Oxunub:2198
İyunun 7-də Aktual.az saytında “Әdəbiyyat adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil” başlıqlı yazı gedib. Qeyd edək ki, yazıda Milli Şuranın sədri Cəmil Həsənli bu yaxınlarda 75 illik yubileyini qeyd edən xalq şairi Vaqif Səmədoğlu barədə fikirlərini bildirib.
Cəmil Həsənlinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə və mübahisələrə səbəb olub. Məsələ ətrafında yaranmış ajiotajdan sonra Cəmil Həsənli ilə əlaqə yaradılıb və o, fikirlərinin təhrif olduğunu bildirərək dediklərinin jurnalist tərəfindən yanlış anlaşıldığını qeyd edib.

AzVision.az xəbər verir ki, Aktual.az saytı C. Həsənlinin səs yazısını yayıb. Jurnalistin V. Səmədoğlunun vətəndaş mövqeyi gösəreməməsi ilə bağlı səslənən fikirlərə C. Həsənlinin həmin qalmaqallı cavabı belə olub:
“Mənə belə gəlir ki, sənət adamından bunu ummaq lazım deyil ki, o belə desin”.

Əlavə şərh vermədən açıqlamanın izahını oxucuların ixtiyarına buraxırıq.




Teqlər:  



Xəbər lenti