Sabah da isti olacaq - 37 dərəcə
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq. Bakı və Abşeron yarımadasının çimərliklərində suyun temperaturu 22-24 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi qərb rayonlarında qısamüddətli yağış yağacaq, şimşək çaxacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 22-27 dərəcə isti olacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


