Zakir Həsənov istefa verib? - rəsmi AÇIQLAMA

Zakir Həsənov istefa verib? - rəsmi AÇIQLAMA
  09 İyun 2014    Oxunub:1320
Müdafiə Nazirliyi general-polkovnik Zahir Həsənovun nazir postundan istefa verməsi haqda mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

Nazirlik bu haqda rəsmi açıqlama yayıb.


AzVision.az-ın məlumatına görə, MN Zakir Həsənovun istefa verməsi barədə deyilənlərin əsassız olduğunu bəyan edib:

"Bu gün bəzi kütləvi informasiya vasitələrində "Zakir Həsənov istefa ərizəsi yazıb" başlıqlı məlumatlar yayılıb.

Bu kimi xəbərlərin yayılması ictimaiyyət arasında ordu haqqında yanlış fikrin yaranması və aparılan islahat-quruculuq işlərinin şübhə altına alınması məqsədini güdür, eyni zamanda Silahlı Qüvvələrin rəhbərliyində təəssüf hissi doğurur.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrdə Nizamnamələrin tələblərinə uyğun vahid komandanlıq tərəfindən idarə olunan sağlam, həmrəy və yekdil hərbi kollektiv formalaşıb və ordu quruculuğu prinsiplərinə, subordinasiya qaydalarına uyğun hərbi xidmət təşkil olunub.

Mətbuatda yayılan bu məlumatın heç bir əsası yoxdur və yalnız uydurma xarakteri daşıyır".

AzVision.az


Teqlər:  





Xəbər lenti