Xədicə İsmayılovanın işi ekspertizaya göndərildi
E.Sultanov qeyd edib ki, Milli Məclisin deputatı Ceyhun Osmanlı tərəfindən Xədicə İsmayılovanın əcnəbilərlə aralarında danışıqlarının əks olunduğu iddia edilən audio yazı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə təqdim edilməklə Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə istintaq edilən cinayət işinə əlavə edilmişdir. Həmin danışıqların istintaq yolu ilə tam və hərtərəfli araşdırılması məqsədi ilə müvafiq ekspertiza təyin edilib.
Hazırda qeyd edilən cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, millət vəkili Ceyhun Osmanlı jurnalist Xədicə İsmayılın səs yazısını prokurorluq orqanlarına təqdim etməsi barədə “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. C.Osmanlı bildirib ki, X.İsmayılın “Art Garden” restoranındakı görüşünün audio yazısı olan şəxsi telefonunu prokurorluq orqanlarına təqdim edib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


