Məktəb direktorlarına ciddi xəbərdarlıq

Məktəb direktorlarına ciddi xəbərdarlıq
  09 İyun 2014    Oxunub:1071
TQDK buraxılış imtahanları ilə bağlı rayon(şəhər) təhsil şöbələri rəhbərlərinə, məktəb direktorlarına və valideynlərə xəbərdarlıq edib.
Komissiyadan AzVision.az-a verilən məlumata görə, ümumtəhsil müəssisələri rəhbərlərindən xahiş olunub ki, özündən asılı olmayan səbəblərə görə indiyədək şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə ala bilməyən, yaxud şəxsiyyəti təsdiq edən sənədi şəkilsiz olan cari il məzunları haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsini (əgər daxil edilməyibsə) və təqdim edilən vahid formalı ayarışın məzunlara verilməsini təmin etsinlər. Əks halda həmin şagirdlər buraxılış imtahanına buraxılmayacaqlar.

Qeyd edək ki, iyunun 18-də Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən rayonlarında buraxılış imtahanı keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti