Ruhani İlham Əliyevi təbrik etdi

Ruhani İlham Əliyevi təbrik etdi
  09 İyun 2014    Oxunub:1026
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Respublika Günü münasibətilə prezident İlham Əliyevə təbrik məktub ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir: `Möhtərəm cənab Prezident,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi, qonşu və dost dövlətinizi, xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Sizinlə sonuncu səmimi görüşümüzün ardınca, yüksək diqqətiniz, İran İslam Respublikasının və Azərbaycan Respublikasının məsul rəsmi şəxslərinin birgə daimi səyləri nəticəsində əməkdaşlığımızın genişləndirilməsi istiqamətində yeni mərhələnin başlanmasına, qardaşlıq ruhuna əsaslanaraq, ölkələrimiz arasındakı hazırkı gözəl dostluq münasibətlərinin ikitərəfli, regional və beynəlxalq səviyyələrdə daha da möhkəmlənməsinə şahid olacağıq.

Allah Təaladan Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə rifah, səadət və xoş günlər arzulayıram`.


Teqlər:



Xəbər lenti