Şahin Mustafayev qəbul keçirəcək

Şahin Mustafayev qəbul keçirəcək
  09 İyun 2014    Oxunub:1213
İyunun 11-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Ağdamda Ağcabədi, Xocavənd və Ağdam rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Ağdam Olimpiya İdman Kompleksində (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Yuxarı Qarabağ regional bölməsi (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, əlaqələndirici şəxs Aslan Aslanov, əlaqə telefonu: (050) 235-01-06, (02631) 5-50-01, faks: (02631) 5-50-01, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti