İlham Əliyev misirli həmkarını təbrik etdi

İlham Əliyev misirli həmkarını təbrik etdi
  09 İyun 2014    Oxunub:963
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının yeni seçilmiş prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu yazıb.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Misir Ərəb Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, dost Misir xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikasını, xalqlarımızı dərin tarixi kökləri olan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, bu münasibətlər ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, Misir Ərəb Respublikasına isə daim firavanlıq və tərəqqi diləyirəm”.


Teqlər:  



Xəbər lenti