Prezident portuqalları təbrik etdi
“Hörmətli cənab prezident, Milli bayramınız – Portuqaliya günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan və Portuqaliya arasında əlaqələr, dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


