56 cinayət, 2 ölü, 16 həbs - Kriminal Xronika

56 cinayət, 2 ölü, 16 həbs - Kriminal Xronika
  10 İyun 2014    Oxunub:831
Gün ərzində 56 cinayət faktı qeydə alınıb.
İyunu 8-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 56 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 16 nəfər tutulub.


Teqlər:  





Xəbər lenti