Bakıda atəşfəşanlıq olacaq

Bakıda atəşfəşanlıq olacaq
  10 İyun 2014    Oxunub:1087
Azərbaycanda Bakı 2015 ilk Avropa Oyunlarına 1 il qalması ilə bağlı geriyə sayımın başlanması münasibətilə Bakıda iyunun 11-də möhtəşəm gecə təşkil olunacaq.

AzVision.az xəbər verir ki, Bakı Bulvarında Azərbaycanın tarixi oyunlara ev sahibliyi etməsinin əsas mərhələsinə qədəm qoyması münasibətilə möhtəşəm atəşfəşanlıq olacaq.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən oyunların başlanmasına 1 il qalması - unudulmaz geriyə sayımın startı münasibətilə rəngarəng tədbir keçirilməsi planlaşdırılıb.

Tədbir saat 23:00-da başlayacaq və Bakı Bulvarında yerləşən Paraşüt qülləsində daha yaxşı əks olunacaq.


Teqlər:





Xəbər lenti