Azərbaycandan Qarabağ etirazı

Sessiya çərçivəsində "Regional inkişafın dəstəklənməsi və inteqrasiyasında turizm marşrutlarının rolu" mövzusunda müzakirələr aparılıb və nazir müavini çıxış edib. O öz çıxışında viza rejiminin sadələşdirilməsi, nəqliyyat infrastrukturunun inkişafı, birgə marketinq kampaniyalarının keçirilməsi və s. mövzulara toxunub. Bununla yanaşı, N.Səmədov növbəti toplantının gündəliyinə işğal olunmuş ərazilərin turizm baxımından təbliğatının qarşısının alınması ilə bağlı xüsusi bəndin salınmasını və bununla bağlı Azərbaycan tərəfindən müvafiq qətnamə layihəsinin hazırlanmasını təklif edib. Bu təklif tədbir iştirakçıları tərəfindən qəbul edilib.
Qeyd olunan qətnamə layihəsi Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək İcraiyyə Şurasının 99-cu sessiyasında müzakirə olunacaq. Qətnamə qəbul olunacağı halda Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələrinin beynəlxalq turizm sərgilərində iştirakına mane olunacaq.