20 il həbsdə olan məhbus azad olunacağı gün türmədən qaçıb

   20 il həbsdə olan məhbus azad olunacağı gün türmədən qaçıb
  18 Sentyabr 2023    Oxunub:1090
Rusiyanın İrkutsk vilayətinin Markovo kəndində ağır cinayətlərdə təqsirli bilinən şəxs rəsmi azadlığa çıxmasına səkkiz saat qalmış türmədən qaçıb.
Bu barədə “Life Shot” məlumat yayıb. Qeyd olunub ki, 49 yaşlı Kamoljon Kalonov ağır cinayətlərə görə 20 il cəzasını ciddi rejimli koloniyada çəkib. Lakin azadlığa çıxdığı gün səhər saat dörddə qaçıb. Belə ki, məhbus axşam buraxılmalı olduğunu bilirdi, lakin naməlum səbəbdən rəsmi icazə almadan koloniyanı tərk etmək qərarına gəlib.

Məlumdur ki, Kalonov iki dəfə mühakimə olunub, o, qanunsuz övladlığa götürmə və cinayətkar qrup təşkil etdiyinə görə ilk 5 illik həbs cəzası alıb, 2003-cü ildə isə quldurluq, silah və sursat oğurluğu və hədə-qorxu ilə tələb etməyə görə məhkum edilib.

O, şərti azadlığa buraxılmalı və məcburi əməyə göndərilməli idi. Artıq qaçmış məhbusla bağlı bütün bölgəyə, o cümlədən onun olduğu Zima şəhərindəki Daxili İşlər Nazirliyinin şöbələrinə məlumat göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti