Kanalda batan 20 yaşlı gənc əsgər olub - YENİLƏNİB

Kanalda batan 20 yaşlı gənc əsgər olub - YENİLƏNİB
  10 İyun 2014    Oxunub:1174
Azərbaycanda daha bir suda boğulma faktı baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1994-cü il təvəllüdlü Elvin Rəhman oğlu Əbdülrəhmanov Samur-Dəvəçi kanalının Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 25 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlanılıb.

E. Əbdülrəhmanovun cəsədi batdığı yerdən, təxminən, 10 km məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***
Sumqayıtda kanalda batan şəxsin əsgər olduğu müəyyənləşib.

Hüquq-mühafizə orqanlarından Apa-ya verilən məlumata görə, Samur-Dəvəçi kanalının Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində batan 1995-ci il təvəllüdlü Elvin Bəxtiyar oğlu Əbdürrəhmanov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri olub.

Mərhum Yevlax rayonundan həqiqi hərbi xidmətə çağırılıbmış. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti