Zabitlər üçün kurs keçiriləcək

Zabitlər üçün kurs keçiriləcək
  10 İyun 2014    Oxunub:945
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Silahlı Qüvvələrin zabitləri üçün təlim kursu keçir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müxtəlif kateqoriyadan olan zabit heyəti üçün BQXK-nin Azərbaycan nümayəndəliyi tərəfindən beynəlxalq humanitar hüquq mövzusunda təlim kursu keçirilir.

Tədbirdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin sülhməramlı qüvvələrlə əlaqələri, beynəlxalq humanitar hüququn prinsipləri, qaydaları və hərbi əməliyyatlarda tətbiqi, qərargah planlaşdırılmasında beynəlxalq humanitar hüquq amili və digər mövzularda məruzələr dinləniləcək, brifinqlər təqdim olunacaq.

Kurs iyunun 11-də sona çatacaq.


Teqlər:





Xəbər lenti