Koçaryanın oğlu kəllə-beyin travması aldı - VİDEO

   Koçaryanın oğlu kəllə-beyin travması aldı    - VİDEO
  22 Sentyabr 2023    Oxunub:1449
Xəbər verdiyimiz kimi bu gün İrəvanda təşkil olunan mitinq zamanı polis etirazçılara güc tətbiq edib.
Saxlanılanlar arasında Ermənistanın keçmiş prezidenti, hərbi cani Robert Koçaryanın oğlu Levon Koçaryan da olub. "Sputnik Armeniya" yazır ki, Levona beyin silkələnməsi diaqnozu qoyulub. O, saxlanıldıqdan sonra Nairi Tibb Mərkəzinə aparılıb.

İrəvanda vəziyyət gərinləşib - Koçaryanın oğlu saxlanıldı - VİDEO
"İlkin məlumata görə, ona qapalı kəllə-beyin travması - beyin silkələnməsi diaqnozu qoyulub. Tibb mərkəzindən isə bildirilib ki, Levonun vəziyyəti orta ağır qiymətləndirilir", - nəşr yazıb.

Xatırladaq ki, vəkil Aleksandr Koçubayev də Koçaryanın qırmızı beretlilər tərəfindən şiddət gördüyünü, hətta döyüldüyünü bəyan etmişdi.

Qeyd edək ki, Azərbaycan Qarabağda antiterror tədbirlərə başladan gündən Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir . Fəallar əsasən paytaxt küçələrini bağlayırlar. Bununla paralel olaraq İrəvanın Respublika meydanında xeyli sayda polis qüvvələri yerləşdirilir və onlar hökumət binasının qarşısında "canlı divar" rolunu oynayırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   Koçaryan  





Xəbər lenti