5 ayda 35 ölü, 95 yaralı - Yol terroru

5 ayda 35 ölü, 95 yaralı - Yol terroru
  11 İyun 2014    Oxunub:1006
Azərbaycanda bu ilin ilk 5 ayı ərzində avtobus və yük avtomobillərinin iştirakı ilə ümumilikdə 90 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 35 nəfər ölüb, 95 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, 2014-cü ilin ilin 5 ayı ərzində Azərbaycanda avtobusların iştirakı ilə 34 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 13 nəfər ölüb, 32 nəfər xəsarət alıb.
Yük avtomobillərinin iştirakı ilə isə 56 yol qəzası qeydə alınıb. Qəzalar nəticəsində 22 nəfər ölüb, 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, Azərbaycanda 2014-cü ilin 5 ayı ərzində 996 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 404 nəfər ölüb, 1003 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Teqlər:  





Xəbər lenti