Rövnəq Abdullayev tələbələrə təqaüd verdi

Rövnəq Abdullayev tələbələrə təqaüd verdi
  11 İyun 2014    Oxunub:994
İyunun 10-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) “Daxili təqaüd proqramı”nın müsabiqə komissiyasının iclası keçirilib.
ARDNŞ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda çıxış edən şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov ARDNŞ-nin istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2005-ci ildən başlayaraq Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tələbələri üçün Təqaüd Proqramının həyata keçirdiyini deyib. Bildirilib ki, 2013-cü il fevralın 17-də Bakı Ali Neft Məktəbi istisna olmaqla, ölkənin ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edilmişdir. Müsabiqədə ali məktəblərin bakalavr pilləsinin I-IV və magistratura pilləsinin I-II kurs tələbələri iştirak ediblər.

İclasda məlumat verilib ki, bu tədris ilində ARDNŞ-nin təqaüdünü almaq üçün müraciət etmiş 2357 tələbədən 1975-i müsabiqədə iştirak etmək hüququ qazanıb, onlardan 1639-u test imtahanına buraxılıb. Mayın 4-də müsabiqənin birinci mərhələsi - test imtahanı keçirilmiş və ixtisas qrupları üzrə müvafiq keçid balı toplayan 280 namizəd “Daxili təqaüd Proqramı”nın müsahibə mərhələsinə vəsiqə qazanıb. Müsahibələr mayın 19-dan iyunun 2-dək ARDNŞ-nin mütəxəssislərindən ibarət komissiya tərəfindən keçirilib və nəticədə 126 təqaüdçü seçilib.

Bu il ARDNŞ-nin təqaüdünü almaq üçün müraciət edənlər arasında Azərbaycan Dövlət Neft Akademiyasının, Qafqaz Universitetinin və İqtisad Universitetinin tələbələri çoxluq təşkil edib.


Teqlər:  





Xəbər lenti