Viy, başıma xeyir! – FELYETON

Viy, başıma xeyir! – FELYETON
  11 İyun 2014    Oxunub:3725
Viy – qədim slavyanlarda mifoloji personajdır, özü də çox qorxuludur, çooox... Hara baxsa, ora viran qalır. Adama baxsa, adam ya ölür, ya da ağlını itirir, məsələn, radikal müxalifətçi olur.
Qoqol `Viy`i Ukrayna mifologiyası əsasında yazmış və başında çələng olan gözəl bir qız kimi təsvir etmişdi. Bu da təbiidir – Viy gözəl qız olmalıdır ki, ona baxasan. Məsələn, işdir-şayət, tutaq ki, birdən Xədicə İsmayılova Viy olsa, kim öz xoşuna ona baxar? Ölməmişdən qabaq da gözəl nəsə görüb, estetik ölmək lazımdır.

Burada əsas məqamlardan biri çələngdir. Biz Qoqolun əsəri əsasında yaradılan Viy obrazını başındakı çələngdən tanıyırdıq. Həmin əsər iki dəfə ekranlaşdırılıb və hər ikisində çələng əsas detallardan biri olub. Harada həmin çələngi gördünsə - qaç! Dabanına tüpürərək və dala baxmadan.



Amma qəfildən... bıy, başıma xeyir! Xədicə İsmayılova başında həmin çələnglə peyda oldu. Əvvəlcə tez gözlərimi yumdum ki, birdən mən də daşa dönərəm. Bu nədir belə? Adam durduğu yerdə niyə başına `Viy`in çələngini qoysun ki? Yox, burada nəsə var...

Ona görə də, bütün vətəndaşlara, xüsusilə də siyasətlə maraqlananlara xəbərdarlıq etməyi özümə borc bilirəm: gecələr `işdən sonra` paytaxtın qəbiristanlıq olan zonalarına getməyin. İşdir, getsəniz, nə ola biləcəyini təsvir edim ki, sonra çaşıb özünüzü itirməyəsiniz. Eloğlu demişkən, `Knowledge is power`.

Deməli, əvvəlcə qəbiristanlıq tərəfdən iri həcimli bir cism havaya qalxacaq. Qaranlıqda onu kiçik drijabl zənn etmək olar. Amma dirijabl olmadığını ondan bilə bilərsiniz ki, drijabllar çələng taxmır. Onun isə başında çələng var.

Bu çələngli mini-dirijabl sizin tərəfə uçacaq, çalışacaq ki, gözlərinizə baxsın. Qoymayın. Onun baxdığı yer adətən kufənku olur. Polisə zəng etməyin, çünki Viy uça bilir, uça-uça polisin də başına fırlanacaq ki, gözlərinə baxsın. Ən yaxşı metod Amerikanın himnini oxumaqdır. Bu halda Viy sayğı duruşunda duracaq və siz aradan çıxmaq üçün fürsət qazanacaqsınız. Yaxşı olar ki, üstünüzdə ABŞ-ın hər hansı bir simvolunu gəzdirəsiniz – Viy onlardan çəkinir, çünki istəsələr onu yerə endirə bilərlər.



Bu məsləhətlər siyasi arena üçün də keçərlidir. Ölkənin siyasi qəbiristanlığının üzərində bir çələngli qara qüvvə - Viyi nəzərdə tuturam,- dolaşır. Onun Qoqol Viyindən bir fərqi var ki, təkcə diriləri öldürməyə çalışmaqla qalmır, həm də siyasi ölüləri diriltməyə can atır. Bütün hallarda ehtiyatlı olun, sözünə qulaq asmayın, sizə baxmasına imkan verməyin. Görək, başımıza nə gəlir...

Tariyel Həsənov / kirpi.info


Teqlər:  





Xəbər lenti