Rusiyanın Azərbaycana satdığı silahlar

Rusiyanın Azərbaycana satdığı silahlar
  11 İyun 2014    Oxunub:1250
Rusiya 2013-cü ildə Azərbaycan və Ermənistana böyük həcmdə hərbi texnika və silah sistemlərinin satışını reallaşdırıb.
AzVision.az xəbər verir ki, bu barədə BMT Adi Silahlar Registrindən məlumat verib.

Rusiyanın Registrə təqdim etdiyi hesabata görə, 2013-cü ildə rəsmi Moskva Azərbaycana 10 ədəd tank, 10 ədəd Piyadaların Döyüş Maşını, 438 ədəd artilleriya sistemi, 25 ədəd döyüş helikopteri satıb.

Ötən il Ermənistana satılan texnikaların sayı Azərbaycanla müqayisədə daha çox olub. Belə ki, hesabatda yer alan məlumata görə, 2013-cü ildə Rusiya Ermənistana 35 ədəd tank, 110 ədəd döyüş maşını, 50 ədəd açıqlanmayan raket buraxıcı sistem və 200 ədəd raket satışını reallaşdırıb. (APA)


Teqlər:  





Xəbər lenti