BDU-nun 99 əcnəbi tələbəsi - FOTO

BDU-nun 99 əcnəbi tələbəsi - FOTO
  11 İyun 2014    Oxunub:1964
Bu gün Bakı Dövlət Universitetində xarici tələbələrin məzun günü keçirilib.
AzVision.az xəbər verir ki, məzun günündə çıxış edən universitetin Xarici tələbələrlə İş üzrə dekanı, dosent Gülheyran Rəhimova universitet həyatında artıq ənənə halını alan məzun gününün əhəmiyyətini vurğulayıb. Türkiyə, İran, Koreya və Çinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrindən danışan G.Rəhimova BDU-nun dünyanın bir sıra ali məktəbləri ilə müxtəlif sahələrdə sıx əməkdaşlıgından, xarici ölkə universitetlərinin elm, təhsil, İKT sahəsindəki təcrübəsinin öyrənilməsindən bəhs edib. Qeyd edib ki, universitetdə dünyanın 4 müxtəlif ölkəsindən təhsil alan 99 xarici tələbə bu il məzun olaraq işgüzar həyata atılacaq.

Məzunları təbrik edən G.Rəhimova təlim-tərbiyə prosesində əldə etdiyi göstəriciləri və ictimai fəallığı ilə seçildiyinə görə 18 nəfər tələbəni təşəkkürnamə ilə mükafatlandırıb.

Tədbir çay süfəsi ilə davam edib. Tədbirin sonunda məzun simvolu olan 4 künclü akademik keplərin atılması mərasimi keçirilib.



Teqlər:





Xəbər lenti