Rayonlarda həyat iflic oldu - FHN ayağa qalxdı

Rayonlarda həyat iflic oldu - FHN ayağa qalxdı
  11 İyun 2014    Oxunub:916
Fövqəladə Hallar Nazirliyi hava şəraitinin kəskin dəyişməsi ilə bağlı rəsmi məlumat yayıb.

AzVision.az nazirliyə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 10.06.2014 tarixində axşam saatlarından başlayaraq respublikanın şimal və qərb rayonlarında hava şəraiti kəskin dəyişib. Gəncə,Tərtər, Bərdə, Yevlax, Oğuz, Ağdaş, Goranboy, Şəmkir rayonlarında intensiv olaraq leysan yağıb, şimşək çaxıb, güclü külək müşahidə olunub.

Daşkəsən, Gədəbəy və Tovuz rayonlarında katostrofik dolu düşüb, burulğanlı hava və güclü külək olub, intensiv şimşək çaxıb. Hava şəraitinin kəskin dəyişməsi nəticəsində göstərilən rayonların bir çoxunda yaşayış binaları, inzibati binalar, fərdi yaşayış evlarinə, rabitə və elektrik xətlərinə, minik avtomobillərinə, kənd təsərüfatına ciddi ziyan dəyib. Gəncə və Daşkəsən rayonlarında evləri, həyətyanı sahələri su basıb.

Hal-hazırda qeyd olunan problemlərin həlli istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən tədbirlər görülür. Müəyyən edilmiş ərazilərə şəxsi heyət və texnika cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti