Bakıda mərkəzi yol bağlandı

Bakıda mərkəzi yol bağlandı
  11 İyun 2014    Oxunub:842
Bu gün Bakının Həsən Əliyev küçəsinin bir hissəsi avtomobillərin hərəkəti üçün bağlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata əsasən, dünən saat 23:00-dan etibarən Həsən Əliyev küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsinədək olan hissəsi (TQDK-nın inzibati binasının qarşısı) yolun asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılıb.

Hazırda yolda kommunikasiya xətləri dəyişdirilir, köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir.

Sürücülərə alternativ olaraq Hənifə Ələsgərov və Abbasqulu Ağa Bakıxanov küçələrindən istifadə etmələri tövsiyə olunur.




Teqlər:





Xəbər lenti