17 yaşlı gənc Xəzərdə boğulub

17 yaşlı gənc Xəzərdə boğulub
  11 İyun 2014    Oxunub:1113
Fövqəladə Hallar Nazirliyi bir nəfərin Xəzərdə batması ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1997-сü il təvəllüdlü Ilham Imran oğlu Hüseynov Xəzər rayonu Şüvəlan qəsəbəsi istiqamətində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km məsafədə, nəzarət olunmayan ərazidə) dənizdə batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. E.Hüseynovun cəsədi batdığı yerdən, təxminən, 200 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 11:25-də başa çatıb.

AzVision.az


Teqlər:



Xəbər lenti