“Belə hava 15 ildən bir olur” - Nazirlikdən əhaliyə

“Belə hava 15 ildən bir olur” - Nazirlikdən əhaliyə
  11 İyun 2014    Oxunub:902
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində dünən müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva AzVision.az-a açıqlamasında bildirib ki, dünənki hava şəraiti anomal hidrometreoloji hadisə kimi qiymətləndirilə bilər:

“Demək olar ki, belə hava şəraitini çox tez –tez müşahidə edirik. Xüsusən də son 10-15 il ərzində. Bütün dünyada iqlim dəyişmələri ilə bağlı anomal hidrometreoloji hadisələrin təkrarlanması müşahidə olunur. Azərbaycanda aparılan araşdırmalar, xüsusən son 15 il ərzində bu cür anomal hidrometreoloji hadisələrin sayı demək olar ki, iki dəfəyə qədər artmışdı. Daha tez-tez dolu prosesləri qeydə alınır, tez-tez güclü küləklər əsir, yağışların intensivliyində müəyyən dəyişikliklər olur. Kiçik ərazini əhatə etsə də bir gün ərzində bir aylıq norma miqdarında yağışlar qeydə alınlır. Bütün bunları dünyada baş verən iqlim dəyişmələrinin fəsadları kimi qiymətləndirmək olar. Son illər bu tendensiya müşahidə olunur. Yəni, belə bir hadisəni qeyri-adi hadisə kimi dəyərləndirmək olmaz. Sadəcə bu, anomal hidrometreolji hadisədir”.

Qeyd edək ki, ötən gün Azərbaycanın bəzi bölgələrində yağan leysan yağışları, güclü külək həyatı iflic edib.

FHN-nin yaydığı məlumata görə, dünən axşam saatlarından başlayaraq respublikanın şimal və qərb rayonlarında hava şəraiti kəskin dəyişib. Gəncə,Tərtər, Bərdə, Yevlax, Oğuz, Ağdaş, Goranboy, Şəmkir rayonlarında intensiv olaraq leysan yağıb, şimşək çaxıb, güclü külək müşahidə olunub.

Daşkəsən, Gədəbəy və Tovuz rayonlarında katostrofik dolu düşüb, burulğanlı hava və güclü külək olub, intensiv şimşək çaxıb. Hava şəraitinin kəskin dəyişməsi nəticəsində göstərilən rayonların bir çoxunda yaşayış binaları, inzibati binalar, fərdi yaşayış evlarinə, rabitə və elektrik xətlərinə, minik avtomobillərinə, kənd təsərüfatına ciddi ziyan dəyib. Gəncə və Daşkəsən rayonlarında evləri, həyətyanı sahələri su basıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti