DSMF-nın qeyri-büdcə gəlirləri artıb
DSMF sədri bildirib ki, 2014-ci ilin ilk 5 ayının nəticələrinə görə, DSMF-nin topladığı məcburi dövlət sosial sığorta haqları 664,7 milyon manat olmuşdur ki, bunun da 64,7 faizi və yaxud 430,1 milyon manatı qeyri-büdcə təşkilatları üzrə daxilolmalardır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 11,8 faiz artmış, qeyri-büdcə təşkilatları üzrə artım isə 13,6 faiz olub.
E. Mehdiyev qeyd edib ki, “Qeyri-büdcə daxilolmalarının belə sürətli artımı ölkəmizdəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması, sığortaedənlərin qeydiyyatının gücləndirilməsi və əməkhaqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsi hesabına təmin olunmuşdur.”
Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Cari ilin ilk 5 ayı ərzində pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 1166,4 milyon manat vəsait yönəldilib və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 154,1 milyon manat və ya 15,2 faiz çoxdur.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


