Elman Abdullayev kimi əvəz edəcək?

Elman Abdullayev kimi əvəz edəcək?
  11 İyun 2014    Oxunub:1160
Bir neçə gün öncə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin Efiopiyaya səfir göndəriləcəyi haqda xəbər yayılmışdı. XİN sözcüsü bu xəbəri nə təsdiq, nə də təkzib edib.
Bildirib ki, belə bir təyinatın aparılması birbaşa prezidentin sərəncamındadır.
Maraqlıdır ki, E.Abdullayev səfir postunda kimi əvəzləyəcək?

AzVision.az məsələ ilə bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, Azərbaycanın Efiopiyadakı səfiri səlahiyyətlərini Misirdəki səfirimiz Şahin Abdullayev icra edir.

Azərbaycanın Efiopiyada səfirliyi isə ötən il açılıb. Belə ki, fevralın 4-də prezident İlham Əliyev Azərbaycanın Efiopiyadakı səfirliyinin fəaliyyətinin təminatı barədə sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, Əddis-Əbəbə şəhərində Azərbaycan səfirliyinin maddi-texniki təchizatı və maliyyələşdirilməsi məsələləri həll edilsin. XİN-ə səfirliyin strukturu və ştat cədvəlini təsdiqləmək tapşırılıb.

E.Abdullayev səfir postunda Şahin Abdullayevi əvəzləyəcək.

Qeyd edək ki, Ş.Abdullayev Misir və Efiopiyadan öncə Küveytdə səfir kimi fəaliyyət göstərib.

Məlumat üçün qeyd edək ki, E.Abdullayevin səfir kimi gedəcəyi Efiopiya Afrikanın ən qədim dövlətlərindən biri və XX əsrin əvvəllərinə kimi Liberiya ilə yanaşı Afrikadakı iki müstəqil dövlətdən biri olub.

Əhalinin 50,6 faizini miafizit xristianlar, 10,2 faizini protestant xristianlar, 32,8 faizini müsəlmanlar, 4,6 faizini aborigen mədəniyyətlilər, 1,8 faizini digərləri təşkil edir. Efiopiyada 82 dildə danışan müxtəlif xalqlar və tayfalar yaşayır.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti