FHN Gəncə fəlakətini araşdırır

FHN Gəncə fəlakətini araşdırır
  11 İyun 2014    Oxunub:947
Fövqəladə Hallar Nazirliyi ötən gün Gəncə və Daşkəsəndə baş verən təbii fəlakətlə bağlı rəsmi məlumat yayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumatda bildirilir ki, Gəncə şəhəri və Daşkəsən rayonunda 2014-cü il iyunun 10-da gecə saatlarında başlamış güclü yağış və dolu düşməsinin yaratdığı fəsadların nəticələri aradan qaldırılır.

FHN-nin canlı qüvvə və texnikalarının intensiv şəkildə həyata keçirdikləri tədbirlər nəticəsində təbii fəlakət bölgəsində infrastruktur, habelə elektrik enerjisi və təbii qaz verilişi tam bərpa olunub, Gəncə şəhəri və Daşkəsən rayonu Fövqəladə Hallar komissiyaları müvafiq strukturlarla birgə dəymiş ziyanı müəyyənləşdirir.

AzVision.az


Teqlər:



Xəbər lenti