Elmar Vəliyevdən Gəncədəki fəlakətlə bağlı AÇIQLAMA

Elmar Vəliyevdən Gəncədəki fəlakətlə bağlı AÇIQLAMA
  11 İyun 2014    Oxunub:1252
Ötən gün axşam saat 22-00-da başlayan və 22 dəqiqə davam edən qasırğa Gəncə şəhərində böyük fəsadlar törədib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev təbii fəlakətlə bağlı AzVision.az-a açıqlama verib. İcra başçısı bildirib ki, gün ərzində onun qəbuluna gələn 358 vətəndaşla görüşüb:

“İcra Hakimiyyətinin qaynar xəttinə ümumilikdə 1147 müraciət daxil olub. Xüsusi komissiya təbii fəlakətin aradan qaldırılması, eləcə də dəymiş ziyanın hesablanması üçün işləyir. Şəhərdə normal həyat bərpa olunmaqdadır. Heç bir tixac yoxdur”.

E.Vəliyevin sözlərinə görə, qısa bir müddətdə iflic halına düşmüş şəhər təsərrüfatı yenidən normal hala düşüb:

“Şəhər Mənzil Komunal Təsrrüfat İstehsalat Birliyinin texnika və canlı qüvvəsi gecə saatlarında küləyin və yağışın törətdiyi fəsadların aradan qaldırılmasını həyata keçirir”.

Qeyd edək ki, təbii fəlakət nəticəsində 1000-dən artıq fərdi yaşayış evlərini su basıb, 800-ə yaxın fərdi və ümumi yaşayış evlərinin dam örtükləri dağılıb, çox sayda işiq dirəkləri, dayanacaqlar, zibil qutuları, oturacaqlar yararsız hala düşüb.

Sevinc İltifatqızı
AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti