Əli Həsənov məcburi köçkünlərlə görüşəcək

Əli Həsənov məcburi köçkünlərlə görüşəcək
  11 İyun 2014    Oxunub:1070
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Binəqədi rayonu ərazisində yaşayan məcburi köçkünlər ilə görüşəcək.

Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Əli Həsənov məcburi köçkünləri 17 iyun tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında qəbul edəcək.

Qəbula yazılma saat 9.00-dan 10.00-dək Binəqədi Rayon İcra Hakimiyyətində təşkil ediləcək.

Qəbul saat 10.00 - dan başlayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti