Doğuş zamanı daha bir ölüm

Doğuş zamanı daha bir ölüm
  11 İyun 2014    Oxunub:981
Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı baş verib.
AzVision.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün rayon Sabirabad rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.
Sabirabad rayon sakini, 1995-ci il təvəllüdlü Gülbəniz Məhərrəmova bu gün xəstəxanada təbii doğuşla qız uşağı dünyaya gətirib. Yeni doğulan uşaq bir saatdan sonra xəstəxanada ölüb.

Xəstənin qohumlarının APA-ya verdiyi məlumata görə, G. Məhərrəmova ötən gün rayon ərazisində yerləşən özəl klinikada ultrasəs müayinəsində keçib və həkimlər onlara hamilə qadının və dölün vəziyyətinin tam normal olduğu bildiriblər.

Sabirabada Rayon Mərkəzi Xəstəxanasından APA-ya bu barədə məlumat verilməyəcəyi bildirilib.


Teqlər:  





Xəbər lenti