Bakıda fabrik partladı - 4 yaralı

Bakıda fabrik partladı - 4 yaralı
  12 İyun 2014    Oxunub:1030
Fövqəladə Hallar Nazirliyindən AzVision.az verilən məlumata görə, Bakının Nizami rayonunda "Ocaq " ASC-yə məxsus mebel fabrikinin ərazisində yerləşən ümumi tutumu 50 kub.m olan taxta yonqarı bunkerində yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində bunkerin içərisində və altina yığılmış taxta yonqarı, taxta məmulatları 25 kv.m sahədə yanıb. Partlayış zamanı şəxsiyyətləri məlum olmayan 4 nəfər fəhlə müxtəlif dərəcəli xəsarətlərlə yanğın bölmələri hadisə yerinə çatana kimi işcilər tərəfindən Yanıq Mərkəzinə və 1 saylı Mərkəzi Klinik xəstəxanasına aparılıblar. Mebel fabriki və əraziyə yığılmış taxta məmulatları yanğından mühafizə olunub.

Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti