Cəmil Çiçək İlham Əliyevlə görüşəcək

Cəmil Çiçək İlham Əliyevlə görüşəcək
  12 İyun 2014    Oxunub:1112
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək ötən gün axşam saatlarında Azərbaycana rəsmi səfərə gəlib.

AzVision.az-ın məlumatına görə, parlament sədri Bakıya həyat yoldaşı Gülşən Çiçək və TBMM-in bir neçə deputatı ilə gəlib.

Heydər Əliyeva adına Beynəlxalq Hava Limanında onları Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun və digər rəsmi şəxslər qarşılayıblar.

TÜRKPA-nın İdarə Heyətinin 5-ci iclasında iştirak etmək üçün Azərbaycanda ikigünlük səfərdə olan Cimək Çiçəyin prezident İlham Əliyevlə də görüşü nəzərdə tutulub.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti