`Erməni gəlməmiş, şayiəsini yayırlar`- naxçıvanlı jurnalist

`Erməni gəlməmiş, şayiəsini yayırlar`- naxçıvanlı jurnalist
  12 İyun 2014    Oxunub:1520
`Ermənistanin Naxçıvana hücum təhlükəsi 1990-cı ilin yanvarın 19-dan bugünə qədər var və hər an reallaşa bilər. Bunu biz yaxşı bilirik. Ona görə də Naxçıvanda görülən işlərin kökündə həmişə onun iqtisadi qüdrəti və müdafiə məsələləri dayanıb. Bu gün ordumuzun Naxçıvandakı bölmələri gücləndikcə təbii ki, düşmən də öz hesabını aparır və o da öz sərhədindəki postlarını gücləndirir. Bunu niyə ajiotaja çevirək ki? Özü bilər, nə edir`.
Bu sözlər Naxçıvanda yaşayan jurnalist, Lider TV-nin Naxçıvan müxbiri Səməd Canbaxşıyevə məxsusdur. Jurnalist qeyd edir ki, `ermənilərin indi gördüyü işləri biz 10-15 il qabaq görmüşük`:

- Hələ 2002 ci ildə Naxçıvanda bir bölük əsgər bütün sərhəd boyunca, Buzqov və Havuş istiqamətində Ermənistanın dövlət sərhədini keçib bir gecədə onlarla post qurmuşdu. Onda Ermənistan tərəfdə bərk təşviş yarandı. Hətta hansısa rəsmi şəxs işdən qovuldu. Onda bizim bəzi hay-küyçü yazarlar nəsə susdular. Hətta bizim əsgərlər bir güllə atmadan ermənilərin neçə- neçə postunu alıblar. Amma indi mediada gah `Naxçıvana hücum edirlər`, gah `kəndləri boşaldırlar`, gah `adamları kənddən çıxarırlar` kimi xəbərlər yayılır. Naxçıvanlılar demiş, təmiz söhbət edək də, guya ermənilər Naxçıvana haradansa hücum etsə, kimsə Bakıdan bura döyüşməyə gələcək? Yenə özümüz döyüşəcəyik də. Ona görə də, siz ermənilərin Naxçıvana hücumu ilə bağlı qəti narahat olmayın. Onu bizim öz öhdəmizə buraxın. 1990-cı illərdə televiziya vasitəsilə Qarabağ ətrafı kəndləri, şəhərləri də beləcə boşaltdıq. Erməni gəlməmiş, onun şaiyəsi gəlirdi. Yazıq camaat da qaçıb boşaldırdı kəndləri. Bir də, Naxçıvanda geri "qaçmağa" yer yoxdur. Burda ancaq şimal-şərq istiqamətində irəli gedə bilərsən ki, Doğma, Böyük Anamıza - Azərbaycanın digər torpaqlarına çata biləsən.

AzVision.az


Teqlər:



Xəbər lenti