“Bank Respublika”da korrupsiya

“Bank Respublika”da korrupsiya
  12 İyun 2014    Oxunub:5272
Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

“Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialının vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə həmin qurumdan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırmalar zamanı cəmiyyətin Sabirabad filialının vəzifəli şəxslərinin 38 halda Saatlı rayon sakinləri ilə onların müxtəlif vəzifələrdə işləmələri və əmək haqqı almaları barədə idarə, müəssisə və təşkilatlar tərəfindən verilmiş saxta arayışların və təqdim edilmiş digər sənədlərin qanuniliyini yoxlamadan qanunsuz olaraq istehlak krediti müqavilələri rəsmiləşdirməklə 137 min 700 manat məbləğində vəsaitin kredit kimi ödənilməsinə şərait yaratmalarında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayəti törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməklə onların məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti