Tərtəri su basdı, sakinlər təşviş içində
Rayon fövqəladə hallar komissiyasının üzvləri və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasediciləri və texnikaları dərhal evlərdən suyun çəkilməsinə cəlb olunub. Xilasetmə əməliyyatı iyunun 12-si gecə saat 3.20-dək davam edib, evlər yağış sularından təmizlənib. Artıq kəndlərdə elektrik enerjisinin verilməsi bərpa olunub.
Tərtər Rayon Fövqəladə Komissiyasının sədr müavini İlqar Musayev AzVision.az-a açıqlamasında hazırda dəyən ziyanın aradan qaldırılması istiqamətində işlərin aparıldığını bildirib.
“Tərtərdə baş vermiş təbii fəlakətlə bağlı dünəndən xüsusi komissiya yaradılıb. Hazırda komissiyanın işi davam edir, bu səbəbdən də nə qədər evə ziyan dəyməsi barədə hələ ki dəqiq heçnə deyə bilmərəm.
Rayonun Dəmirçilər, Qaradağlı, Bosunlu, kəndlərindəki yaşayış məntəqələrində evlərə, kənd təsərrüfatına, mal-qaraya ziyan dəyib. Bir sıra evlərə, bəzi tövlələrə su dolub, elektrik enerjisinin verilməsində problemlər yaranıb. Amma bu gün işığın verilməsi tam bərpa olunub. İnsan tələfatı, xəsarət alan yoxdur, dəyən ziyanın da fəsadları aradan qaldırılır, hazırda komissiyanın işi bitmədiyindən, nəticə olmadığı üçün nəsə demək mümkün deyil”.
Yerli sakinlər isə bu durumdan narahat olduqlarnı bildirirlər.
Nihadə Eyyubova







Vaxtında, Aydın, Lazımlı!


