Partlayan fabrikin sahibi bilindi

Partlayan fabrikin sahibi bilindi
  12 İyun 2014    Oxunub:915
Daxili İşlər Nazirliyi ötən gün Bakıda baş verən partlayışla bağlı məlumat yayıb.
AzVision.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 11-də saat 14:00 radələrində paytaxtın Nizami rayonu Əziz Əzimzadə küçəsində Bakı şəhər sakini Həbib Cəfərova məxsus mebel sexində yanğın baş verib.

Nəticədə sexin 15 kv. m sahədə olan taxta tullantıları yanıb, yanıq xəsarətləri almış sexdə işləyən fəhlələrdən - paytaxt sakinləri Mirzə Zeynalova, Manaf Babayevə, Abşeron rayon sakini Ağa Əzimova xəstəxanada ilkin tibbi yardım göstərilib, paytaxt sakinləri Tufan Məmmədov və Türkiyə vətəndaşı Cahid Karaca xəstəxanaya yerləşdirilib.


Teqlər:  





Xəbər lenti