Türk spiker Bakıdan dünyaya səsləndi

Türk spiker Bakıdan dünyaya səsləndi
  12 İyun 2014    Oxunub:1234
Cəmil Çiçək: “Son günlər baş verən hadisələrdən dərin narhatçılıq duyuruq və yaranmış problemlərin sülh yolu ilə çözülməsini, türk diplomatları və türk vətəndaşlarının qeydşərtsiz azadlığa buraxılmasını istəyirik”.
AzVision.az xəbər verir ki, bunu TÜRKPA-nın Bakıda keçiriləcək ikinci plenar iclasında iştirak edən Türkiyə Böyük Milllət Məclisinin sədri Cəmil Çiçək bildirib.

Daha sonra C.Çiçək dünən İraqın Mosul şəhərində “İraq Şam İslam Dövləti” (İŞİD) yaraqlıları tərəfindən Türkiyə baş konsulluğunun binasının ələ keçirilməsi və bu zaman baş konsul başda olmaqla 49 Türkiyə vətəndaşının həbsi ilə bağlı məlum olayları qınayan kəskin bəyanatla çıxış edib.

Onun sözlərinə görə, İŞİD yaraqlıları Mosul elektrik santralında işləyən daha 31 türk vətəndaşını həbs edərək naməlum səmtə aparmaqla böyük qanunsuzluğa yol veriblər.

TBMM İraqda baş verən hadisələrlə əlaqədar dünya birliyini terrora qarşı birlikdə mübarizə çağırıb.

Lakin bununla belə, terrora qarşı mübarizə məsələsində dünya birliyinin gözlənilən reaksiya vermədiyini və narahatlıq doğuran hadisələrə etinasız qaldığını ifadə edib.


Teqlər:  





Xəbər lenti