Azərbaycan sədr oldu

AzVision.az-ın verdiyi xəbərə görə, TürkPA sədrliyi bu gün Bakıda təvil verilib.
İclasda Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək çıxış edərək ölkəsinin sədrliyi dövründə TürkPA-nın fəaliyyətindən danışıb. O, sədrliyin Azərbaycana keçdiyini elan edib.
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov isə çıxış edərək sədrliyin qəbul edildiyini bildirib.
Qeyd edək ki, TürkPA-ya 4 ölkə - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.