Oqtay Əsədovdan spikerlərə təklif

“Artıq TÜRKPA böyük siyasi çəkiyə malik olan təşkilata çevrilmişdir. Türkdilli dövlətlərin ortaq parlamentlərinin fəaliyyətlərinin xalqlarımız və dövlətlərimiz arasında qardaşlıq münasibətlərinə dərinləşməsinə kömək edib. Hesab edirəm ki, Komissiyanın yenidən təşkil olunması, təşkilatın səmərəliliyini daha da artıra bilər. Biz TÜRKPA-nın ekspertlər potensialının inkişaf etdirilməsinə diqqət yetirəcəyik. Sədrliyimiz dövründə Assambleyada ekspertlər səviyyəsində görüşlərin keçirilməsində ilk dəfə Türk tərəfi təşəbbüs göstərib. Bu ənənəni davam etdirəcəyik. Azərbaycan Parlamenti TÜRKPA-nın fəaliyyətinin hüquqi bazasının təkminləşdirilməsini diqqət mərkəzinə çəkəcək. Plenar iclas bu məsələnin tədqiqi ilə bağlı katibliyə təlimat verəcək. Ümid edirəm ki,payızın əvvəlllərinə qədər katiblik bu məsələyə hesabat təqdim edəcək və biz bu hesabatda sizinlə birlik lazımi addımlar atacağıq”.
O. Əsədov qeyd edib ki, mədəni, humanitar əməkdaşlığın gündəliyinə bir sıra məsələlər daxil edilib.
“Bu baxımdan mədəni əlaqələr sahəsində görüləcək işlərimiz çoxdur. Həmkarımın dediyi kimi yüksək ixtisaslı tərcüməçilərin hazırlanması diqqətdə saxlanılmalıdır. Peşəkar tərcüməçilər olmadan ölkələr arasında qarşılıqlı informasiyanın tam axının olması mümkün deyil. Bu məsələnin həllində kömək göstərilməsi TÜRKPA-nın əsas hədəflərindən biri olmalıdır. Əminəm ki, Türkdilli ölkələrin beşinçi plenar iclasında aparılan müzakirələr, qəbul ediləcək qərarlar təşkilatımızın məqsədlərinə nail olması baxımından əhəmiyyətlidir”.
Nihadə Eyyubova