Türkiyədəki 8 azərbaycanlı “vor-zakon” sərbəst buraxıldı

Türkiyədəki 8 azərbaycanlı “vor-zakon” sərbəst buraxıldı
  13 İyun 2014    Oxunub:1243
Xəbər verdiyimiz kimi, mayın 9-da yerli vaxtla saat 13:30-da Türkiyənin Ədirnə şəhərində “qanuni oğrular” arasında atışma olub. İnsidentin baş verdiyi yerə gələn polislərdən biri Hüseyn İmraq öldürülüb.
Ədirnə Polis İdarəsi aralarında 8 azərbaycanlı, 5 türk, rus və ukraynalı olan 15 nəfəri saxlayıb. Saxlanılan azərbaycanlı “vor zakon”ların da adı məlumdur. Onlar - Ceyhun Əsgərov (39), Rövşən Əliyev (45), Elşən Babayev (31), Əli Müseyb Heydərov (33), Namiq Umudov (27), Miryazif Fəxrəddin (38) və Qara Əliyevdir.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Ədirnə Polis İdarəsi 3 gün davam edən ifadələrdən sonra onları “qəsdən adam öldürmə, atəşli silahlar qanuna zidd hərəkət, cinayət faktlarını silmək, gizləmək və ya dəyişdirmə” iddiaları ilə yerli vaxtla 13:00-da məhkəməyə aparılıblar.

Cümhuriyyət Prokurluğunda başladılan sorğu saat 14:00-da başladı və 22:30-a qədər davam etdi. Tərcüməçilərin də iştirak etdiyi sorğudan sonra tutulan şəxslər sərbəst buraxılıb.

Qeyd edək ki, artıq türk polisi öldürüb qaçan azərbaycanlının kimliyi müəyyənləşdirilib. Bildirilir ki, həmin şəxs 41 yaşlı Mahir Şükürovdur. Türkiyənin Ədirnə Polis İdarəsi artıq həmin şəxsin həbs edilməsi üçün axtarışlara başlayıb.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti